Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ölümündən əvvəl nişanlısına dəfələrlə mesaj yazıbmış - Yeni detallar


Qazaxda toy axşamında özünü mağardan asaraq intihar edən bəyin ölümü ilə bağlı bəzi yeni detallar məlum olub.

Bu barədə oğlunun cansız bədənini aşkarlayan atası İsmayıl Omarov referans.az-a danışıb:
 "Heç kimdən şübhələnmirəm. İki ildir istəkli idi, qız toyunu da elədik sevinə- sevinə. Oğlumun telefonu hazırda araşdırma üçün prokurorluqdadır. Yazışmalarda bir neçə nəfərlə xoş danışığı olub. Nişanlısı yatandan sonra hadisə olub, gecə saat 5-ə işləmiş. Mən də bir saat sonra oğlumun meyitini görmüşəm. Nə qədər axtardıq məktub yazmayıb, telefonunun kodunu da açıq qoyub. Kimsə onu özünü öldürməyə məcbur edə bilməz. Oğlum mənimlə birgə arıçılıqla məşğul olurdu. İki il öncə otlaq sahəmizi biçmək üçün traktor aldıq. Oğlum oxuyub sürücülük vəsiqəsi alandan sonra traktoru o işlətdi. Lazım olanda başqasının da sahəsini biçirdi".

 Ata bildirib ki, oğlunun nişanlısı yatandan sonra oğlu ona dəfələrlə mesaj yazıb, sonra silib:

 "Nişanlısını danışdırdıq. Bizə dedi ki, yatana kimi danışıb-gülüblər".

 İsmayıl Omarov qeyd edib ki, oğlunun intihar etdiyi gün içkili olması ilə bağlı yayılan xəbərlər yalandır:

 "Hadisə ciyər axşamından bir gün əvvəl olub. İçki məclisi də olmayıb, nə də uşaqlar içməyiblər. Bakıdan tay-tuşları toyuna gəlirdi, yasına çatdılar. İstəyəndə qayınatası gilə gedirdi, ailə oğlumu yaxşı tanıyırdı".

 Qeyd edək ki, hadisə may ayının 31-i Qazaxda baş verib. Orta Salahlı kənd sakini 27 yaşlı Əhliman Omarov özünü asaraq canına qıyıb. Onun intiharından üç gün əvvəl isə qız toyu olub. Qazax Rayon Prokurorluğu hadisənin baş vermə səbəblərini araşdırır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də