Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bacısı oğlunu nazir təyin etdi

Bacısı oğlunu nazir təyin etdi

Çeçenistan rəhbəri Ramzan Kadırovun bacısı oğlu Adam Çerxiqov muxtar bölgənin nəqliyyat, rabitə və rəqəmsal inkişaf naziri təyin edilib.

Bu barədə Kadırov özünün teleqram kanalında yazıb.

 “Çeçenistan Respublikasının Nazirlər Kabinetində və hökumətində kiçik kadr və struktur dəyişiklikləri edilib. Adam Çerxiqov Ramzan Çerxiqov əvəzinə Çeçenistan Respublikasının nəqliyyat, rabitə və rəqəmsal inkişaf naziri təyin edilib”, - deyə Ramzan Kadırov  bildirib.

 2007-ci ildən bu vəzifəni Adam Çerxiqovun atası Ramzan Çerxiqov tuturdu. Adam Çerxiqov yeni vəzifəyə təyin olunmazdan əvvəl Çeçenistan hökumətinin məktəbəqədər təhsil komitəsinin sədri olub.

 Çeçenistan rəhbəri qeyd edib ki, “gənc yaşına baxmayaraq” Adam Çerxiqov rəhbər vəzifələrdə böyük təcrübəyə malikdir.

 Qeyd edək ki, ötən ay Kadırov böyük oğlu, 18 yaşlı Axmat Kadırovu idman naziri təyin edib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də