
Tanınmış teleaparıcı Ceyhun Səfər yenidən efirə qayıdır.
Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.
O, AzTV-də xəbərlər verilişi aparacaq.,
Aparıcı bundan əvvəl "AzVirt" MMC-də mətbuat katibi işləyib.
C.Səfər buna qədər "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, ondan öncə isə uzun illər ATV kanalında xəbər aparıcısı və redaktor kimi fəaliyyət göstərib.