RegionTV.info xəbər verir ki, son bir neçə ildə ekoloji terror həm Bakıda, həm də regionlarda geniş vüsət alıb. Bu barədə redaksiymıza onlarla şikayət daxil olmaqdadır. Məsələ burasındadır ki, sıravi vətəndaşlar haqlı olaraq bu terrora qarşı mübarizə aparsalar da, aidiyyatı qurumlar sadəcə susmaqla kifayətlənirlər.
Hələ Ulu Öndər Heydər Əliyev zamanında bu istiqamətdə cinayət edən şəxs və şirkətlər haqqında ciddi tədbirlər görürdü. Bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilməkdədir. Bu gün Leyla Əliyevanın rəhbərlik etdiyi İDEA təşkilatı ölkənin bütün regionlarında beynəlxalq səviyyəli ekoloji layihələr həyata keçirir. Məhz bu layihələr çərçivəsində minlərlə yeni ağac əkilir, ölkəmizin fauna və florası qorunur. Prezident İlham Əliyev dəfələrlə Nazirlər Kabinetinin iclaslarında ekologiyaya qarşı qanunsuz fəaliyyət edənlərin dərhal cəzalandırılması, yerində müvafiq hüquqi addımların atılması ilə bağlı ciddi tapşırıqlar verib. Görünən odur ki, bir çox məmurlar bu tapşırıqları müəyyən maraq qarşılığında “satmaqdan” çəkinmirlər. XəbərAl.az saytına Ağsu rayonundan daxil olan növbəti şikayət sözün əsl mənasında ekoloji terror yuvasının ifşasıdır.
Şikayəti olduğu Video faktla olduğu kimi sizlərə təqdim edirik: Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.