Bakıda 18 min nəfərə bir təcili yardım maşını (ambulans) düşür, onlar da yollardakı tıxaclardan hərəkət edə bilmirlər.
Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.
Komitə sədri bildirib ki, Bakıda 139 ambulans fəaliyyət göstərir:
"Paytaxtda rəsmi olaraq 2,5 milyona yaxın insanın qeydiyyatda olduğunu nəzərə alsaq, 18 min nəfərə bir ambulans düşür. Paytaxtda qeyri-rəsmi yaşayanları da buraya əlavə etsək, vəziyyəti təsəvvür etmək çətin deyil. Əhalisi 1.2 milyon nəfər olan Tiflisdə təcili yardım maşınlarının sayı 200-yə yaxındır".