“Real” ın futbolçusu Rodriqo Qoes Çempionlar Liqasının finalından əvvəl maraqlı fikirlər səsləndirib.
O, dünyanın ən yaxşı klubunun “Mançester Siti” olduğunu deyib.
Belə ki, o, “şəhərlilər”in daha baxımlı futbol oynadığını bildirib.
“Düzünü desəm, onların daha yaxşı olduğunu bilirdik. Qvardiolanın komandası mənim üçün dünyanın ən yaxşı futbol oynayan komandasıdır. Düşünürəm ki, “Mançester Siti”ən çətin rəqib idi. Lakin o demək deyil ki, indi asan olacaq. Finalda qalib gəlmək lazımdır. Çünki “Borussiya” ilə də çox çətin oyun keçəcək”.