Türkiyədə batan gəmidə 4 meyit tapılıb, 6 nəfər xilas edilib.
RegionTV.info-nun əldə etdiyi məlumata görə, Bartın Valisi Sinan Güner, Qara dənizdə batan gəmidəki digər heyətin də xilas olunma işlərinin davam etdiyini deyib.
“Arvin” adlı gəminin Qara dəniz vasitəsilə Gürcüstandan Bolqarıstana üzdüyünü bildirən valinin sözlərinə görə, yüklü gəmi fırtınaya düşdüyü üçün yardım almaq məqsədilə Türkiyədə Bartın limanına girmək istəyib:
Vali gəmidəki heyətdə 2-nin Rusiya, 10-nun Ukrayna vətəndaşı olmaqla ümumilikdə 12 nəfərin olduğunu deyib.
Qeyd edək ki, təxminən bir saat öncə gəmi limana yaxınlaşmazdan öncə ortadan ikiyə bölünüb.
Xəbəri paylaş