
2024-cü ilin yanvar-aprel aylarında Azərbaycanda istehsal edilmiş avtomobil və traktorların sayı məlum olub.
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 233 ədəd traktor istehsal olunub.
Ölkədə istehsal olunmuş yük avtomobillərinin sayı isə 254 ədəd olub.
Ən çox istehsal minik avtomobillərilə bağlı olub. Belə ki, 2024-cü ilin yanvar-aprel aylarında Azərbaycanda 948 ədəd minik avtomobili buraxılıb.
Hər üç məhsul istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli çoxdur.