Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Vüqar Süleymanov Qazaxın kəndlərindəki minatəmizləmə işlərindən danışdı


Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Qazaxın işğaldan azad olunmuş 4 kəndindəki mina təmizləmə prosesindən danışıb.

O, jurnalistlərə açıqlamasında hazırda sözügedən ərazidə minatəmizləmə prosesinin aparıldığını bildirib.

“Qazaxın işğaldan azad olunmuş kəndlərində ANAMA-nın bir qrupu, 2 minatəmizləyən maşını və Dövlət Sərhəd Xidmətinin minatəmizləyənləri işlərə cəlb olunub”, - sədr deyib.

Vüqar Süleymanov onu da əlavə edib ki, proses tapşırıqlara uyğun həyata keçirilir: “Biz tapşırıqlara uyğun işləyir, ona görə dəyərləndirmə aparır və işçi qüvvəsi, texnika, eləcə də avadanlıq cəlb edirik”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də