1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Heydər Əliyev Fondu tərəfindən inşa edilən Lerik rayon Piran kənd uşaq bağçasında bayram tədbiri keçirilib.
Tədbirə əvəəlcə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilib.
Piran kənd uşaq bağçasının müdiri Sevər Bayramova uşaqları 1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edərək xoş bayram arzularını bildirib.
S.Bayramova ölkədə uşaqların xoşbəxt böyümələri, sabahımızın layiqli qurucuları kimi tərbiyə edilməsi istiqamətində ölkə başçısı Prezident İlham Əliyevin və Heydər Əliyev fondunun rəhbəri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın gördüyü işlərdən söz açıb.
Sonra Lənkəran Dövlət Dram Teatrının aktyorlarının ifasında Miraslan Ağayevin xalq nağılları əsasında qələmə aldığı “Yaxşılığa yaxşılıq” tamaşası uşaqlara təqdim edilib.
Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Günay Səlimsoy, quruluşçu rəssamı Nərgiz Baxşızadə, musiqi tərtibatçısı Vüqar Fərəcovdur.
Tamaşanın əsas qayəsi xeyirxahlığın təbliğidir.