
Xəbər verdiyimiz kimi, Milli Məclisin 2024-cü il yaz sessiyası başa çatıb.
Parlamentin 2024-cü il yaz sessiyasının qanunvericilik işləri planına daxil edilən bəzi qanun layihələri müzakirəyə çıxarılmayıb.
Beləliklə, “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi və “Ali təhsil haqqında” qanun layihəsinin müzakirəsi payız sessiyasına qalıb.