İstanbulun erməni patriarxı Sahak Maşalyan şəhərin yenidən seçilən bələdiyyə sədri Əkrəm İmamoğlunu ziyarət edib.
Erməni patriarx İmamoğlunu yenidən İstanbula bələdiyyə sədri seçilməsi münasibətilə təbrik edib və ona uğurlar arzulayıb.
Bundan başqa, Maşalyan bir sıra problemləri merə təqdim edib.
İmamoğlu öz növbəsində İstanbul Ağsaqqallar Şurasının baş katibinin köməkçisi Mahir Polata problemlərin həlli üçün lazımi işlərin görülməsini və hesabatın hazırlanmasını tapşırıb.
Problemlərin əsasən məktəblərin zəlzələyə davamlılığı və bununla bağlı görülən işlərlə bağlı olduğu qeyd edilir.
Maşalyanı patriarxal vikar Qriqor Tamatyan, “Erməni Vəqfləri İttifaqı”nın baş katibi Levon Kuzikoğlu və Kilsə Fondunun prezidenti Hrant Moskofyan müşayiət edib.
İmamoğlu ziyarətinə görə Maşalyana təşəkkür edib.