
Bunu Prezident İlham Əliyev Xocalıda sakinlərlə görüşü zamanı deyib.
Prezident İlham Əliyev və sakinlər arasındakı diaoloqu təqdim edirik:
Sakin: Bu gün mən şadam ki, Xocalıdayam. Yəni, 32 il bundan qabaq Xocalını itirdik. Mən əsir düşmüşdüm, yaralanmışdım.
Prezident İlham Əliyev: Əsir düşmüşdün?
Sakin: Xankəndidə mən həmin yerə getmək istədim, mənə dedilər ki, olmaz.
Prezident İlham Əliyev: Xankəndidə əsir düşmüşdünüz?
Sakin: Xocalı faciəsində yaralanmışdım, Xankəndidə saxlayırdılar.
Prezident İlham Əliyev: Yox, gedib baxmaq olar.
Sakin: Yəni, həmin yeri təxmin etdim ki, necə gətirib aparırdılar.
Prezident İlham Əliyev: Gedib görərsiniz o yerləri. Çünki sentyabr ayından artıq Xankəndiyə də köç başlayır.
Sakinlər: İnşallah.