Dünyaca məşhur “Evdə tək” filminin çəkildiyi ev satışa çıxarılıb.
1990-cı ildə Makoley Kalkinin baş rolda oynadığı filmin çəkildiyi evin ümumi sahəsi 840 kvadratmetrdir.
Beş yataq otağı və altı vanna otağı olan malikanə Çikaqo ətrafında yerləşir.
Mənzil daşınmaz əmlak agentliyi vasitəsilə 5,25 milyon dollara satışa çıxarılıb . Köşk sonuncu dəfə 2012-ci ildə satışa çıxarılıb və o zaman hazırkı sahibləri tərəfindən 1,58 milyon dollara alınıb.