Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Məktəb direktorları “Fiziki tərbiyə” fənninə laqeyd yanaşırlar - PROBLEM

Məktəb direktorları “Fiziki tərbiyə” fənninə laqeyd yanaşırlar - PROBLEM

Məktəbin vəzifəsi təkcə bilik vermək deyil, həm də sağlam nəsil yetişdirməkdir. Respublikamızda bədən tərbiyəsi və idmanın inkişafı daim diqqət mərkəzində saxlanılır.  Başqa bir məqam Azərbaycanda idman təhsilinin vəziyyətinin necə olmasıdır.  Bəzən bu fənnə məktəblərdə laqeyd yanaşılır. Belə olan halda bədən tərbiyəsi fənni ləğv edilə bilərmi? 

Təhsil eksperti Nadir İsrafilov  açıqlamasında məktəblər üçün üçün idmanın əhəmiyyətindən danışıb:

“Azərbaycan ən nüfuzlu və möhtərəm idman yarışlarına ev sahibliyi edən bir ölkə kimi bütün dünyada tanınır. Həmvətənlərimiz idmanın bir çox növləri üzrə Dünya, Avropa çempionatlarının, Olimpiya oyunlarının qızıl, gümüş və bürünc medallarını qazanaraq, beynəlxalq yarışlarda Azərbaycanın bayrağını ən yüksək zirvələrdə dalğalandırıblar. Bir sözlə, respublikamız artıq idman ölkəsinə çevrilib. Ümumtəhsil məktəbinin vəzifəsi öz yetirmələrinə təkcə müəyyən bilik, bacarıq və vərdişlər aşılamaq deyil, həm də fiziki və mənəvi cəhətdən sağlam nəsil yetişdirməkdir. Məktəbəqədər yaşlı uşaqların, şagirdlərin və tələbələrin sağlamlığını qorumaq və möhkəmləndirmək, onlarda fiziki kamilliyə və sağlam həyat tərzinə tələbatı formalaşdırmaq təhsil müəssisələrinin əsas vəzifələrindəndir. Heç də əbəs deyil ki, “Ümumtəhsil müəssisələrinin tədris planı”nda nəzərdə tutulan 19 fənn arasında “Fiziki tərbiyə” fənni də 5 fəndən biri kimi I sinifdən XI sinfə qədər fasiləsiz olaraq tədris olunur. Onun tədrisinə hər sinif üzrə 2 saat olmaqla həftəlik 22 saat vaxt ayrılır.  Mövcud qanunvericiliyə görə, təhsil müəssisələri bədən tərbiyəsi ilə məşğul olma formalarını, bədən tərbiyəsi vasitələrini, idman və hərəkət fəallığı növlərini dövlət təhsil standartları və fiziki hazırlıq normativləri əsasında yerli şəraiti və təhsil alanların maraqlarını nəzərə almaqla müəyyən edirlər. Təhsil müəssisələrində fiziki tərbiyə dərsləri müasir tələblərə müvafiq surətdə, təhsil alan uşaq və gənclərin maraqları, yaşı və sağlamlıq səviyyələri nəzərə alınmaqla təşkil edilməlidir”.
 Nadir İsrafilov hesab edir ki,  təhsil müəssisələrində bədən tərbiyəsi dərslərinin metodoloji və maddi-texniki bazası müntəzəm olaraq inkişaf etdirilməli, təkmilləşdirilməli və möhkəmləndirilməlidir:
 “Fiziki tərbiyə dərslərinin tədrisi səviyyəsinin yaxşılaşdırılması və idmanın kütləviliyinə nail olunması ilə bağlı ümumtəhsil məktəblərinin də qarşısında çox ciddi vəzifələr qoyulub. Bununla belə, açıq etiraf etməliyik ki, bir sıra ümumtəhsil məktəblərində fiziki tərbiyə dərsləri və idman məşğələlərinin tədrisinə, idman qurğuları və idman zallarından səmərəli istifadə olunmasına ciddi yanaşmayan direktorlar, fiziki tərbiyə müəllimləri də var. Bir sıra idman müəllimlərinin və şagirdlərin dərslərdə idman formaları geyinmədikləri, fənn müəllimlərinin öz vəzifələrinin öhdəsindən layiqincə gələ bilmədikləri heç də hamıya gizli deyil. 

Bəzi məktəblərdə fiziki tərbiyə dərslərinin tədrisində və mövcud idman normativlərinin istər fidman müəllimləri, istərsə də şagirdlər tərəfindən tam şəkildə yerinə yetirilməsində nöqsanlara yol verilir. Fiziki tərbiyə dərsləri bir çox hallarda formal xarakter daşıyır. Bir çox məktəblərin yay idman meydançaları və sadə idman  qurğuları belə yoxdur. Bu kimi münasibət təkcə fiziki tərbiyə dərslərində müşahidə olunmur. Ayrı-ayrı məktəblərdə “Çağrışaqədərki hazırlıq”, “Musiqi”, “Təsviri incəsənət”, “Texnologiya” fənlərinə də ikinci dərəcəli fənn kimi yanaşma halları var. Bu hər şeydən əvvəl ayrı-ayrıi ixtisaslar üzrə şagirdlərin ali məktəblərə hazırlığı, repetitorluğun inkişafı və ali məktəblərə hazırlıq kursları çəbəkəsinin genişlənməsi ilə əlaqədardır. Halbuki, ögey münasibət bəslədiyimiz bu fənlərin hesabına konkret ixtisaslara yiyələnmək yolverilməzdir”.
 Təhsil ekspertinin sözlərinə görə, bir çox məktəblərin yay idman meydançaları və sadə idman qurğularının olmaması biabırçılqıdır:
 “Məktəbin vəzifəzi öz yetirmələrinə təkcə hansısa konkret ixtisas üzrə bilik məcmusu vermək deyil. Ümumtəhsil məktəbinin vəzifəsi həm də fiziki və mənəvi cəhətdən sağlam nəsil yetişdirməkdir. Ümumtəhsil məktəbində təhsil prosesi öyrədici, tərbiyəedici və inkişafetdirici xarakter daşıyır. “Ümumtəhsil məktəbinin nümunəvi Nizamnaməsi”ndə deyildiyi kimi, ümumtəhsil məktəbinin vəzifəsi təhsilalanların meyil, maraq və potensial imkanları, fərdi xüsusiyyətləri nəzərə alınmaqla, onların zəruri biliklərə və həyati bacarıqlara yiyələnməsini, yaradıcı, milli-mənəvi və ümumbəşəri dəyərlərə malik sağlam əqidəli, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmasını, müstəqil həyatda səmərəli təhsil və əmək fəaliyyətinə hazırlanmasını təmin etməkdən ibarətdir. Bu məqsədlə Elm və Təhsil Nazirliyinin layihələri çərçivəsində Gənclər və İdman Nazirliyinin nümayəndələri, tanınmış idmançıların iştirakı ilə tərtib edilmiş proqrama uyğun olaraq müsabiqələr, yarışlar, görüşlər, sağlam həyat tərzinin təbliği kimi maarifləndirmə, mükafatlandırma tədbirləri keçirməli, şagirdlərin idmana olan marağının artırılması təmin edilməlidir”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də