
Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.
Sumqayıt şəhər sakini, 1986-cı il təvəllüdlü Məstəliyev Zamil Xanlar oğlunun idarə etdiyi "Chevrolet" markalı avtomobil piyada, 1983-cü il təvəllüdlü Beyzadi Nazim Əşrəf oğlunu vurub.
Zərərçəkən dərhal xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.