Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Prezident motosiklet sürərkən xəsarət aldı

Prezident motosiklet sürərkən xəsarət aldı

Çexiya prezidenti Petr Pavel motosiklet sürərkən xəsarət alıb. O, Praqada Mərkəzi Hərbi Hospitalda müalicə olunur.

Bu barədə dövlət başçısının administrasiyası X sosial hesabda məlumat yayıb.

 "Onun xəsarətləri ciddi deyil, lakin buna görə Mərkəzi Hərbi Hospitalda qısamüddətli müayinə tələb olunur", - məlumatda deyilir.

 Bildirilib ki, dövlət başçısının administrasiyası sonradan baş verənlərlə bağlı ictimaiyyətə daha ətraflı məlumat vermək niyyətindədir.

 Qeyd edək ki, bu il 63 yaşı tamam olacaq Pavel avtomobil idmanının həvəskarıdır. Boş vaxtlarında motosiklet sürməyi xoşlayır. Çex ordusunun istefada olan generalı olan prezident, həkimlərin fikrincə, əla fiziki formadadır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də