Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclası keçirilib.
İclasın gündəliyinə bir məsələ daxil edilib.
Komitə üzvləri “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsini müzakirə edib.
Qərar layihəsində Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədrinin dəyişdirilməsi öz əksini tapıb. Qərara əsasən, bu vəzifəyə Kəmallədin Qafarovun gətirilməsi təklif edilir.
Qeyd edək ki, sözügedən işçi qrupunun rəhbəri Qənirə Paşayeva olub. O, 28 sentyabr 2023-cü ildə vəfat edib.