Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda 3 yeni hərbi kollec YARADILDI

Azərbaycanda 3 yeni hərbi kollec YARADILDI

Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində Bakı Hərbi Kolleci, Gəncə Hərbi Kolleci və Naxçıvan Hərbi Kolleci yaradılıb.

Bu barədə Nazirlər Kabineti qərar verib.

 Qərara əsasən, Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrinin nizamnamələri təsdiq edilib.

 Qeyd edək ki, bir müddət əvvəl Prezident İlham Əliyevi Azərbaycanda 3 kollecin yaradılması barədə sərəncam imzalayıb. Sərəncama əsasən, Nazirlər Kabineti peşəkar gizir heyətinin hazırlanması məqsədilə Bakı, Gəncə şəhərlərində və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində 3 xüsusi təyinatlı hərbi kolleci (bundan sonra – hərbi kollec) üç ay müddətində yaratmalı və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

 

Bir neçə gün əvvəl isə Baş nazir Əli Əsədovun qərarına əsasən, orta ixtisas təhsili müəssisələrində “Uçan aparatların texniki istismarı” və “Müdafiə fəaliyyəti (sahələr üzrə)” ixtisasları yaradılıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də