
Rusiya müdafiə nazirinin mətbuat katibi Rossiyana Markovskaya istefa verib.
Bu barədə o, özünün sosial media hesabında yazıb.
Xanım sözçü başqa işə keçməsi ilə əlaqədar qurumdan istefa verdiyini bildirib.
O, 2017-ci ildən hərbi nazirliyin mətbuat xidmətində çalışır.
“Müdafiə nazirinin mətbuat katibi kimi təxminən yeddi il MiQ-31 kimi uçdu. Bu vaxtı qürurla xatırlayacağam!” — Rossiyana Markovskaya Instagram sosial şəbəkəsində yazıb.
Markovskaya 1991-ci ildə Vladivostokda anadan olub. 2013-cü ildə Uzaq Şərq Federal Universitetinin Jurnalistika fakültəsini bitirib, sonra Vladivostok Dövlət Televiziya və Radio Yayımları Şirkəti, Zvezda və REN telekanallarında müxbir və aparıcı işləyib. 2017-ci ilin noyabrından o, Sergey Şoyqunun şəxsi mətbuat katibi vəzifəsində çalışıb. Rusiya Federasiyasının 2-ci dərəcəli Dövlət müşaviri rütbəsinə malikdir.