Türk Silahlı Qüvvələri genişmiqyaslı qış təlimlərinə hazırlaşır.
RegionTV.info-nun məlumatına görə Bu barədə TRT Haber xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin də iştirak edəcəyi təlimdə snayper komandaları, Xüsusi Təyinatlı Komandanlığın şəxsi heyəti, komando və helikopterlər iştirak edəcək. Təlimlər 1-12 fevral tarixlərində Qarsda keçiriləcək.
Azərbaycan Silahlı Qüvvələrinin elementləri də birgə, ortaq, hərəkətli atəş təlimində iştirak edəcəklər. Təlimlə birgə əməliyyatların həyata keçirilməsində əməkdaşlıq və koordinasiyanı təmin etmək, inventarda olan, inventarda yeni və ya müdafiə sənayesi şirkətləri tərəfindən hazırlanan döyüş silahları və nəqliyyat vasitələrinin performansını sınamaq məqsədi daşıyır.
Tank bölmələri ilə yanaşı hücum, hava hücumu əməliyyatları, hava nəqliyyatı və lojistik dəstək fəaliyyətlərinin həyata keçiriləcəyi manevrdə artilleriya batareyaları, minaatan dəstləri, snayper komandaları, Xüsusi Qüvvələr Komandanlığı personalı, komando və helikopterlər iştirak edəcək. Azərbaycan Silahlı Qüvvələri şəxsi heyətinin də iştirak edəcəyi operativ səviyyəli təlim son dövrün ən böyük təlimlərindən biri olduğu bildirilir.
Xəbəri paylaş