Ram Holding
Daxili satınalma şöbəsinin müdiri
Son tarix 20 iyn 2024 -
Namizədə olan tələblər:
Ali təhsil;
Müvafiq sahə üzrə 5 il iş təcrübəsi(rəhbər olaraq 1-3 il);
Azərbaycan dili səlis, rus dili və ya ingilis dili əla səviyyədə;
MS Windows, MS Office (Excel, Word, Outlook) əla səviyyədə bilmək.
Vəzifə öhdəlikləri:
Satınalma əməliyyatlarının planlaşdırılması, istiqamətləndirilməsi, icraatına nəzarət olunması;
Sifarişlərin uçotunun düzgün aparılması, vaxtında və keyfiyyətli icrasının təmin edilməsi;
Tədarükçülərlə əlaqələrin qurulması, danışıqların aparılması, endirimlərin alınması və s. kommunikasiya fəaliyyətlərinin icra edilməsi;
Tədarükçü siyahısının və məlumat bazasının yaradılması, mütəmadi yenilənməsinin təmin olunması;
Sifariş növlərinə görə əməkdaşlar arasında vəzifə bölgüsünün aparılması və sifarişlərin bölüşdürülməsi;
Sifarişçi şikayətlərinin araşdırılması, həlli və onlara keyfiyyətli xidmətin təmin edilməsi;
Müqayisə cədvəlləri (Bids Summary) əsasında uyğun tədarükçülərin seçilməsi;
Sifarişlərin vaxtında, ən münasib qiymətlə və ən uyğun keyfiyyətdə satınalınaraq sifarişçiyə çatdırılmasının təmin edilməsi;
Sifariş olunan malları mütəmadi araşdıraraq daha münasib şərtlərlə əldə olunması üçün yeni tədarükçülərin cəlb olunmasının təşviq edilməsi;
İri həcmli və mütəmadi sifariş olunan mallarla bağlı tenderlər təşkil edərək, daha münasib şərtlərlə satınalma prosesinin optimallaşdırılması;
Tədarükçülərlə müqavilə şərtləri üzrə öhdəliklərin vaxtında icra edilməsinin təmin edilməsi;
Satınalma prosesində baş verə biləcək risklərin və uyğunsuzların idarə edilməsi və həll yollarının tapılması üzrə təkliflərin rəhbərliyə təqdim edilməsi;
Bölmənin idarəedilməsi, əməkdaşların sayı və funksiyaları barədə təkliflərin verilməsi, seçilməsi, strukturun yenidən qurulmasında iştirak edilməsi;
Bölmənin əməkdaşlarının bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün addımların atılması;
Bölmənin fəaliyyəti ilə bağlı hesabatların hazırlanması və Baş Direktora təqdim edilməsi.
İş şərtlərimiz:
Əmək haqqı: 3000 – 3350 AZN;
İş qrafiki: Tam iş günü (5 gün);
İş saatları: 08:30-17:30;
Servis xidməti;
Ünvan: Binəqədi ray., Mədən küçəsi 4 (Baş Dövlət Yol polisinin yaxınlığı, Neptun Marketlə üzbəüz).
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Daxili satınalma şöbəsinin Müdiri” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.