Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

ABŞ BCM-nin Netanyahunun həbsinə order verməsinə icazə verməyəcək

Vaşinqton Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) İsrailin baş naziri Benyamin Netanyahunun həbsinə order verməməsi üçün bütün mümkün üsullardan istifadə edəcək.

Bunu RİA Novosti-yə siyasi elmlər doktoru, Rusiya Elmlər Akademiyasının professoru Aleksandr Qusev deyib.

 “Birləşmiş Ştatlar Netanyahunu incitməyəcək və bu addımın baş tutmaması üçün lazım olan hər şeyi edəcək. Üstəlik, onlar İsrailin bütün hərəkətlərinə, o cümlədən Fələstin dövlətinə münasibətdə haqq qazandırırlar. Onlar İsrailin orada Fələstin xalqına qarşı soyqırım törətdiyinə inanmırlar”, - Qusev bildirib.

 Politoloqun fikrincə, İsrailin Yaxın Şərqdə ABŞ-ın əsas tərəfdaşı olması və bütün məsələlərdə Vaşinqtonun daimi dəstəyinə malik olması səbəbindən BCM-nin təhdidini yerinə yetirməsi və Netanyahuya qarşı order verməsi ehtimalı azdır.

 Bundan əvvəl ABŞ Konqresi Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyaların mümkün tətbiqini elan etmişdi.

 Bundan əvvəl İsrail Xarici İşlər Nazirliyi Netanyahunun həbsinə order verilməsinin qarşısını almaq üçün qərargah yaradıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də