Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ordumuzun hərbi geyim formalarında YENİLİK

Ordumuzun hərbi geyim formalarında YENİLİK

Son dövrlər Müdafiə Nazirliyi tərəfindən paylaşılan görüntülərdə hərbçilərimizin geyim formalarında dəyişiklik müşahidə edilib.

 Görüntülərdə bəzi hərbçilərin kamuflyajlarında yaşılın fərqli tonundan istifadə edildiyi görünür.

Məsələ ilə bağlıdanışan hərbi ekspert Ədalət Verdiyev sözügedən dəyişikliyin səbəbini belə izah edib:

 "Azərbaycan Ordusu Vətən Müharibəsində və ondan sonrakı əməliyyatlarda olduqca mühüm nailiyyətlər qazandı. Bu nailiyyətlərdən sonra Ordumuzun döyüş mövqeləri yüksək dağlıq və kifayət qədər sıx yaşıllıq ərazilərdə yerləşir. Bu da Azərbaycan Ordusunun hərbi kamuflajında rəng dəyişikliklərini zəruri edirdi. Bir sözlə, Ordumuzun geyim formasının rəng çalarları vəzifələr icra etdiyi ərazilərin rəngi ilə həmahəng olmalı idi. Azərbaycan tərəfi belə bir addımı atmaqla mövcud çatışmazlığı qısa bir vaxtda aradan qaldırmış oldu".

 

1349257


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də