Ukrayna Ali Radasında səfərbərlikdən yayınmaya görə həbs cəzasının ləğvini nəzərdə tutan qanun layihəsi qeydə alınıb.
Bu barədə UNIAN məlumat yayıb.
Sənəddə 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə əvəzinə 51-85 min qrivna məbləğində cərimə və ya 160 saatdan 240 saata qədər ictimai işlər və ya 2 ilə qədər müddətə azadlığın məhdudlaşdırılması təklif edilir.
Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub.