
Hacıqabulda ölümlə nəticələnən yol qəzası baş verib.
Hadisə Hacıqabul şəhərində qeydə alınıb.
"Toyota-Prado" markalı avtomobil idarəetməni itirərək uşaq bağçasının divarına çırpılıb.
Nəticədə avtomobildə olan Şirvan sakini 1986-ı il təvəllüdlü Əsgərov Ramil Nurəddin oğlu və Şirvan sakini 1994-cü il təvəllüdlü Cəfərov İlqar Elşən oğlu Şirvan xəstəxanasına yerləşdirilib.
Əsgərov Ramil bir müddət sonra aldığı xəsarətlərdən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.