Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bu şəxslərə birdəfəlik müavinət verilib


İnsan alveri cinayətlərinin qurbanı olmuş şəxslərin sosial reabilitasiyasına, sığınacaqda saxlanılmasına və onlara birdəfəlik müavinətlərin verilməsinə 120 min manat ayrılıb.

Bu barədə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında qeyd olunub.

Həmçinin polis orqanları tərəfindən baxımsız, eləcə də müxtəlif səbəblərdən ailə və pedaqoji təsir vasitələrindən kənarda qalan 132 uşağa və onların valideynlərinə “Uşaq hüquqları klinikası”nda, “Uşaq və gənclərin sosial reabilitasiyası mərkəzi”ndə hüquqi, psixoloji və digər yardımlar göstərilib. 

İnsan alverinə qarşı mübarizə üzrə Qeyri-hökumət təşkilatları Koalisiyası ilə imzalanmış Anlaşma Memorandumunun icrasında xüsusilə fəqlənən 18 QHT nümayəndəsi Daxili İşlər Nazirliyi tərəfindən pul (ümumilikdə 23 min manat) və diplomlarla mükafatlandırılmış, təqdim etdikləri ümumi dəyəri 94 min manatdan çox olan 11 layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilib. 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də