Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bu ilin üç ayında 39 üçəm doğulub


Cari ilin ilk üç ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 24526 doğulan körpə qeydə alınıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11,1-dən 9,7-yə düşüb. Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 52,7 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 47,3 faiz olub.

Körpələrdən 828-i əkiz, 39-u isə üçəm doğulub. Əhalinin hər 1000 nəfərinə doğum səviyyəsi Şərqi Zəngəzur (12,1), Dağlıq Şirvan və Qarabağ (11,6), Lənkəran-Astara (11,4), Mil-Muğan (11,1), Mərkəzi Aran (10,9), Quba-Xaçmaz (10,7), Qazax-Tovuz və Şirvan-Salyan (10,6) iqtisadi rayonlarında ölkə göstəricisindən yüksək olub.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də