Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Slovakiyanın Baş naziri Robert Fitsoya qarşı hücumu pisləyib.
Bu barədə o, özünün "X" hesabında yazıb.
"İyrənc sui-qəsdi qətiyyətlə pisləyirəm və hücum zamanı yaralanan cənab Fitsnun tezliklə sağalmasını arzulayıram. Slovakiya xalqına və hökumətinə ölkəm və millətim adından başsağlığı çatdırıram", - o qeyd edib.
Rusiya prezidenti Vladimir Putin də sui-qəsdi pisləyib. O, bunu ağır cinayət adlandırıb.
“Mən Slovakiya Respublikasının Baş naziri Robert Fikonun həyatına sui-qəsddən qəzəblə xəbər tutdum. Bu dəhşətli cinayətin heç bir əsası ola bilməz”, - Putinin Slovakiya Prezidenti Zuzana Çaputova ünvanladığı teleqramda deyilir.
Qeyd edək ki, bu gün, mayın 15-də Slovakiyanın Qandlov şəhərində baş nazirə sui-qəsd edilib.