
Bakının Suraxanı rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Yolu keçən 1989-cu il təvəllüdlü Afaq Səməd qızı Bayramovanı avtomobil vurub.
Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.