Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Tatarıstanda Ukrayna PUA-sı vurulub


Tatarıstan səmasında Ukrayna pilotsuz uçuş aparatı (PUA) vurulub.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, dron Moskva vaxtı ilə saat 7.30 radələrində vurulub.

Rosaviasiya Uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə Kazan və Nijnekamsk hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edildiyini açıqlayıb.

"Tatarıstanda bütün xidmətlər yüksək hazırlıq vəziyyətindədir, hər hansı təhlükə yarandığı təqdirdə sxem hazırlanıb", - deyə respublika başçısının mətbuat xidməti məlumat yayıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də