“Kanada vətəndaşlığı mənim üçün sadəcə bir sənəd, pasport və sübutdur ki, bu ölkədə yaşamışam və yaşadığıma görə çox minnətdaram”.
Bunu Ermənistandakı etiraz aksiyalarına rəhbərlik edən Erməni Apostol Kilsəinin Tavuş Yeparxiyasının primatı, arxiyepiskop Baqrat Srbazan (Qalstanyan) jurnalistlərin “Kanada vətəndaşlığından imtina edə bilərmi” sualına cavab verərəkən deyib.
“Bu pasport mənə bütün lazımi hüquqi vasitələrlə verilib. Kanada vətəndaşlığının mənim üçün yalnız bu qədər dəyəri var, baxmayaraq ki, çox minnətdaram və bu ölkədə çoxlu dostlarım, qohumlarım var”.
Baqrat Srbazan deyib ki, Ermənistan Respublikasına xidmət etmək üçün nə lazım olursa onu etməyə hazırdı, o cümlədən də Kanada vətəndaşlığından imtinaya:
“Kanada vətəndaşlığı mənim üçün heç bir əhəmiyyət kəsb etmir. Lazım olsa, imtina edəcəm, lazım olmasa imtina etməyəcəyəm”, - Baqrat Srbazan bildirib.