Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakıda ağac kəsən sahibkarın işi məhkəməyə göndərildi

Bakıda ağac kəsən sahibkarın işi məhkəməyə göndərildi

Paytaxtın Nizami rayonunun Cəmşid Naxçıvanski küçəsində, qeyri-yaşayış obyektinin qarşısında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayəti xidmətin əməkdaşları araşdırıblar. Nəticədə iki göyrüş ağacının kəsildiyi faktı təsdiqini tapıb.

 Xidmət rəsmisi Rəvan Teymurov bildirib ki, araşdırma zamanı ağacları həmin qeyri-yaşayış obyektinin sahibi Fazil Ələkbərovun kəsdiyi müəyyənləşdirilib.

 Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də