
Mayın 11-də II-X sinif şagirdləri arasında Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin final turu keçirilib.
Azərbaycan Respublikasının Təhsil İnstitutunun təşkilatçılığı ilə 9 mərkəzdə keçirilən müsabiqənin nəticələri 17 may tarixində açıqlanacaq.
Şagirdlər nəticələrini 17 may 2024-cü il tarixindən etibarən kenquru24.az saytı vasitəsilə şəxsi kabinetlərdən əldə edə biləcəklər.