“Əməliyyatdan dərhal sonra dünyasını dəyişib”.
Bu barədə Bakı Slavyan Universitetindən tələbə Sevinc Bayramovanın ölümü barədə bildirilib.
Universitetdən Sevinc Bayramovanın heç bir xəstəliyi olmadığı vurğulanıb:
“Tələbənin xəstəliyi yox idi. Bir müddət əvvəl qızılcaya yoluxmuşdu. İmmuniteti aşağı düşmüşdü. Bir qədər zəifləmişdi. Hər hansı bir xəstəlikdən əziyyət çəkmirdi. Bir gün öncə əməliyyat olunub. Əməliyyatdan dərhal sonra klinikada dünyasını dəyişib. Çox yaxşı tələbə idi. Dekan və müəllimlərinin dediyinə görə, dərslərdə hər zaman aktiv iştirak edirmiş. Allah rəhmət etsin!”