
Məşhur aktrisa Keyt Hudson uşaq ikən ölülər gördüyünü iddia edib.
“How to Lose a Guy In 10 Days” filminin ulduzu altıncı hissi haqqında danışıb.
45 yaşlı aktrisa qabiliyyətinin əsasən ruhani varlıqlardan gələn “mesajlar” və tarot kartlarını oxumaqdan ibarət olduğunu açıqlayıb:
“Uşaq olanda həqiqətən dəli idim, çünki hər zaman xəyalları görürdüm. Ölü insanlar görürəm. İnanıram ki, axirət var. Hər şeyi bilməliyik, amma bilmirik və ora çatanda görəcəyik”, - aktrisa qeyd edib.