Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Son 70 ildə ilk: Onlar taclarından imtina etdilər


ABŞ-da 2023 "Miss USA" və "Miss Teen USA" qalibləri taclarından imtina ediblər.

Onlar bu həftə "zəhərli" iş mühitini pisləyən Amerika gözəllik müsabiqəsi direktorunun istefasından sonra "psixi sağlamlıq" səbəblərini əsas gətirərək taclarını geri qaytarıblar.

1952-ci ildə əsası qoyulan, 2015-ci ilə qədər Donald Trampın ev sahibliyi etdiyi yarışma ətrafında bir çox sərt qaydaların qoyulduğu şayiələr çoxdan mövcuddur. Tacdan imtina edən gənc qadınlara mümkün psixoloji təzyiqlərlə bağlı müzakirələr isə bir həftə əvvəl sosial şəbəkələrdə başlayıb.

Amerikanın “Forbes” jurnalının məlumatına görə, “Miss USA” müsabiqəsi son on ildə mübahisələrlə zəngindir, lakin son 70 ildə ilk dəfədir ki, qalib belə bir səbəbə görə tacından imtina edir.

Jurnallar bu addımı qadınların gözəllik müsabiqələri ətrafında "sükutu" və mafiyaya bənzər qaydaları pozmaq istəyən keçmiş "Miss USA" prezidenti Klaudiya Mişelin mesajının əks-sədası kimi qiymətləndirirlər.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də