Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bayden Ukrayna ilə bağlı əmr imzaladı: 400 milyon dollar...


ABŞ Prezidenti Cozef Bayden Ukraynaya 400 milyon dollar həcmində hərbi yardımla bağlı əmr imzalayıb.

Bu barədə Ağ Ev məlumat yayıb.

Bildirilib ki, ABŞ Prezidenti bu məsələ ilə bağlı müvafiq səlahiyyətləri dövlət katibi Antoni Blinkenə verib.

Qeyd edilir ki, paketə “Patriot” hava hücumundan müdafiə sisteminin mərmiləri, “Stinger” hava hücumundan müdafiə raketləri, “Bradley” piyada döyüş maşınları və digər döyüş sursatları daxildir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də