Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb

Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb

Avropa İttifaqının (Aİ) Kopernik peyk izləmə sistemi tərəfindən aparılan ölçmələrə görə, keçən ay qlobal miqyasda indiyə qədər qeydə alınan “ən isti aprel” olub.

 Kopernik tərəfindən edilən açıqlamada, keçən ayın orta səth hava istiliyi 15,03 dərəcə olaraq ölçülüb.

Açıqlamada ötən ayın dünyada indiyə qədər qeydə alınan “ən isti aprel” olması ilə bərabər, son 12 ayın ardıcıl qeydə alınan ən isti aylar olduğu vurğulanıb. Həmçinin son 12 ayda (2023-cü ilin may-2024-cü ilin aprel ayları) qlobal orta temperaturun 1991-2020-ci illərin orta göstəricisindən 0,73 dərəcə yüksək olduğu bildirilib. Qeyd edilib ki, havanın temperaturu əsasən Şərqi Avropa regionunda orta səviyyədən yüksək olub.

 Dünyadakı vəziyyətin də yer aldığı açıqlamada Avropadan kənarda Şimali Amerikanın şimal və şimal-şərqində, Qrenlandiyada, Şərqi Asiyada, Yaxın Şərqin şimal-qərbində, Cənubi Amerikanın bəzi bölgələrində temperaturun orta səviyyədən yüksək olduğu diqqətə çatdırılıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də