Ötən gün Zaqatalada onlarla şəxs dönərdən zəhərlənib. Onların arasında uşaqlar da var. Zəhərlənən şəxslərin hamısının şəhərin müxtəlif dönərxanalarında hazırlanmış dönər yedikləri bildirilib. Məlumata görə, şəhər ərazisində bir çox dönərxanaların fəaliyyəti dayandırılıb.
Baş Prokurorluq bildirib ki, ilkin ehtimallara əsasən, rayon sakinləri quş əti tərkibli qidadan zəhərlənib. Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə iaşə obyektindən qida nümunələri götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Kütləvi zəhərlənmə ölkədə qida təhlükəsizliyi ilə bağlı yenidən müzakirələr başladıb.
Mövzu ilə bağlı danışan Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov bildirib ki, Zaqatalada baş verən hadisədə zəhərlənmənin mənbəyi xammaldan gəlir: