Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA


Mayın 5-i saat 20:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.

Bu barədə Milli Hidrometerologiya xidməti bildirib.

Bildirilib ki, Naxçıvan, Şərur, Şahbuz, Ordubad, Qəbələ, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Ağdam, Oğuz, Şəki, Zaqatala, Altıağac, Xınalıq, Ağdam, Tərtər, Mingəçevir, Göyçay, Kürdəmir, Lənkəran, Goranboy, Naftalan, Daşkəsən, Ağcabədi, İsmayıllı, Şamaxı, Ağsu, Sabirabad, Cəfərxan, Yevlaxda arabir leysan xarakterli yağış, Şahdağda isə qar yağıb.

Zərdab rayonunun Allahqulubağı və Əliyarlı kəndinə saat 19:30-19:37 radələrində diametri 0.8-1.0 mm olan dolu düşüb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də