ABŞ Fələstinin HƏMAS hərəkatı ilə münaqişə başlayandan bəri ilk dəfə olaraq İsrailə silah tədarükünü dayandırmaq qərarına gəlib.
Bu barədə "Axios" portalı məlumat yayıb.
“İsrail rəsmiləri bildiriblər ki, ötən həftə İsrailə döyüş sursatının tədarükü dayandırılıb”, - nəşr yazıb.
Portalın məlumatına görə, tədarükün dayandırılması 2023-cü ilin oktyabrından bəri ilkdir. İsrail rəsmilərinin sözlərinə görə, insident İsrail hökuməti daxilində ciddi narahatlığa səbəb olub və yükün nə üçün gecikdiyini araşdırmaq lazımdır.
Ağ Ev də jurnalistlərə şərh verməkdən imtina edib.