
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, tədbirlərlə rayon sakinləri - əvvəllər dəfələrlə məhkum olunmuş Cavid Ələkbərov və Rauf Şərifov saxlanılıb. Onlardan narkotik vasitə olan heroin aşkar edilib.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.