Keniyada aprel-may aylarında yağan yağışlar nəticəsində artıq 210 nəfər ölüb.
Bu barədə Keniya Prezidenti Uilyam Ruto xalqa müraciətində bildirib.
"Yağışlar indiyədək 210 nəfərin həyatına son qoyan, infrastruktura ziyan vuran və çoxlu sayda insanın xəsarət almasına səbəb olan daşqınlara səbəb olub. Nəqliyyat problemlərinə görə tətildən sonra dərslərin bərpası gecikəcək”, - o deyib.
Keniya Prezidenti həmçinin meteoroloji proqnozlara görə, yağışların mayın sonunadək və bəlkə də ondan sonra da davam edəcəyinin gözlənilməsi ilə bağlı xəbərdarlıq edib:
“Keniya Meteorologiya Xidməti ölkənin ilk dəfə siklonla qarşılaşa biləcəyi ilə bağlı xəbərdarlıq edib. Bu isə sahil bölgələri üçün yaranan əlavə təhlükədir”.