Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin İsraillə ticarət əlaqələrini dayandırmaq məcburiyyətində qaldığını bildirib.
Ərdoğan Türkiyə ilə İsrail arasında ticarət dövriyyəsinin həcminin 9,5 milyard dollara çatdığını xatırladıb.
“İsrail və Fələstin arasında baş verən hadisələr qəbuledilməzdir. İsrail 40-45 min fələstinlini öldürüb. Müsəlmanlar olaraq sadəcə müşahidə etməyimiz mümkün deyildi. Biz hərəkətə keçməyə məcbur olduq və lazım olan addımı atdıq. Bizim 9,5 milyard dollarlıq ticarət dövriyyəmiz var idi, indi onu dayandırmışıq”, - deyə Prezident İstanbulda jurnalistlərə bildirib.
Çıxış Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının X sosial şəbəkəsindəki hesabında yayımlanıb.
Xəbəri paylaş