Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azsaylı xalqların dilində dərsliklər məktəblərə göndərilib

Azsaylı xalqların dilində dərsliklər məktəblərə göndərilib
2023-2024-cü tədris ili üçün I sinif “Haput dili”, I – IV siniflər üçün “Talış dili”, “Saxur dili” və “Xınalıq dili” dərslikləri çap edilərək, azsaylı xalqların kompakt yaşadıqları ərazilərdəki ümumi təhsil müəssisələrinə çatdırılıb.

Bu barədə Trend-ə Elm və Təhsil Nazirliyindən məlumat veriblər.

Qeyd edilib ki, digər azsaylı xalqların dillərinə dair dərsliklər üzərində işlər davam etdirilir.

 "Belə ki, II siniflər üçün “Haput dili”, I-II siniflər üçün “Tat dili” dərslikləri hazırlanma mərhələsindədir. Digər azsaylı xalqların dilləri üzrə layihələr işlənilir",- deyə qurumdan vurğulanıb.

 Qeyd edək ki, “Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabat”ında ümumi təhsil müəssisələrinin I-IV sinifləri üçün "Azsaylı xalqların dili" fənni üzrə dərslik komplektləri hazırlandığı qeyd edilib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də