Gəncə Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyev və polis əməkdaşlarına qarşı planlaşdırılmış terror aktı törətməkdə təqsirli bilinən Yunis Səfərov və dəstə üzvlərinin kassasiya şikayətlərinə baxılıb.
Ali Məhkəmədə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, onların kassasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hökmü ilə Yunis Səfərov ömürlük, digər təqsirləndirilən 9 nəfər isə 18 ildən 20 ilə kimi müddətə azadlıqdan məhrum ediliblər.