Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Alimlər sağlamlığa zərər vurmayan ağ çörək yaradır - Dadı fərqlənməyəcək...

Alimlər sağlamlığa zərər vurmayan ağ çörək yaradır - Dadı fərqlənməyəcək...

Böyük Britaniyada alimlər tam kəpəkli buğda çörəyi qədər sağlam, lakin görünüşü və dadı ağ çörəyə bənzəyən yeni çörək növü yaratmağa çalışırlar.

 Ağ çörək həvəskarlarını hədəf alan layihə İngiltərədə qidaların sağlamlığa faydalarını artırmaq üçün hökumət tərəfindən maliyyələşdirilir.

 Tədqiqatçılar çörək qarışığına az miqdarda noxud, lobya və taxıl, həmçinin buğda kəpəyi və buğda cücərtisi əlavə etməyi planlaşdırırlar. Çörək istehsalçıları əvvəllər una kəpək qataraq ağ çörəyi daha sağlam hala gətirməyə çalışsalar da, müştərilərin dad və tekstura xoşuna gəlməyib. Araşdırma hələ ilkin mərhələdədir.

 Tədqiqat qrupunun rəhbərlərindən biri bildirib ki, alimlər ağ unun kimyəvi tərkibini ətraflı təhlil etməyə başlayıblar. O, ağ çörəyin ləzzətini və teksturasını qorumaq və qida dəyərini tam kəpəkli buğda çörəyi səviyyəsinə yüksəltmək üçün incə bir tarazlıq lazım olduğunu qeyd edib.

 

 Bu, üyütmə prosesində çıxarılan daha az miqdarda buğda kəpəyi və buğda cücərtisinin, eləcə də darı və digər bu kimi vitaminlər, minerallar və liflə daha zəngin olan taxılların əlavə edilməsini nəzərdə tutur. Çörəyə yaşıl noxud əlavə edilərək zülal baxımından zənginləşdirilməsi nəzərdə tutulur.

 "Digər taxıllardan istifadə etməklə biz dəmir, sink və vitaminlərin səviyyəsini və ən əsası lif tərkibini artıra bilərik, çünki ağ çörəyin tərkibində çox az lif var, lakin bu, sağlamlıq üçün çox vacibdir", - deyə bildirilib.

 Bu məhsullarla yeni reseptlər yaradıldıqdan sonra un istehsalçısı "Shipton Mill" firması çörək istehsalına başlayacaq: "İnsanlar tam kəpəkli buğda çörəyinin onlar üçün daha yaxşı olduğunu bilirlər, lakin çoxları ya dadına görə, ya buna öyrəşmədiklərinə, ya da maraqlanmadıqlarına görə onu yemirlər".

 Son mərhələdə insanlar yeni çörəyin dadına baxacaq və supermarketlərdə onu ağ çörəkdən ayırd edib-etmədiklərini yoxlayacaqlar. Məhsulun təxminən iki il ərzində Böyük Britaniyada supermarket rəflərində olması planlaşdırılır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də