Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Büdcəyə yenidən baxılacaq, gəlir və xərclər artırılacaq - EKSKLÜZİV

Büdcəyə yenidən baxılacaq, gəlir və xərclər artırılacaq - EKSKLÜZİV
Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinə yenidən baxılacaq.

 Məlumata görə, büdcəyə may ayında baxılması gözlənilir.

 Büdcəyə yenidən baxılacağı halda əsas prioritet işğaldan azad olunan ərazilərimizin bərpa və yenidən qurulması, milli təhlükəsizlik, sosial təminat kimi istiqamətlər olacaq.

 Proqnozlara əsasən, büdcə gəlirləri ötən illərlə müqayisədə 8,1 faiz, büdcə xərcləri isə 33,8 faiz çox icra olunub. Həm neft-qaz, həm də qeyri-enerji sektorundan büdcəyə daxil olmalar proqnozlaşdırılandan daha çox olub.

 Qeyd edək ki, əvvəlki illərin təcrübələrində profisit səbəbindən dövlət büdcəsinə yenidən baxılaraq dəyişikliklər edilib.

 Bununla bərabər, “Büdcə Sistemi” haqqında Qanuna əsasən, may ayının 15-dən tez və oktyabr ayının 15-dən gec olmayaraq, cari ilin dövlət büdcəsinə yenidən baxılması barədə Milli Məclis qarşısında məsələ qaldırıla bilər.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də