Çinin cənubundakı Quanqdonq əyalətində magistralın çökməsi nəticəsində ən azı 24 nəfər ölüb.
Bu barədə "Associated Press" agentliyi məlumat yayıb.
Məlumata görə, 18 avtomobil uçurumdan aşağı düşüb.
Yolun çökməsinə səbəb kimi şiddətli yağış göstərilir.